Yaponiya Özünümüdafiə Qüvvələri və Hindistan Hərbi Hava Qüvvələrinin pilotları yanvarın 16-dan 26-dək ilk dəfə birgə döyüş təyyarələri təlimləri keçirəcəklər.
Azpost.info xəbər verir ki, bu barədə Özünümüdafiə Qüvvələrinin saytında məlumat verilib.
Yaponiyanın şərqində yerləşən İruma və Hyakuri aviabazalarında keçiriləcək təlimlərə Yaponiya Özünümüdafiə Qüvvələrindən 4 F-2 qırıcısı və dörd F-15 qırıcısı, Hindistan Hərbi Hava Qüvvələrindən dörd Su-30MKI qırıcısı və iki C-17 hərbi nəqliyyat təyyarəsi cəlb olunacaq.
“Təlimlərin məqsədi Yaponiya və Hindistanın hərbi qulluqçuları arasında qarşılıqlı anlaşmanın inkişaf etdirilməsi, həmçinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsidir”, – məlumatda bildirilir.
Azpost.info