Yaponiyada bir saatın içində 3 dəfə zəlzələ oldu

Yaponiyanın qərb sahillərində yerləşən İşikava prefekturasında bir saat ərzində üç dəfə zəlzələ olub.

Azpost.info bildirir ki, bu barədə Baş meteoroloji  idardədən məlumat yayılıb.

İlk iki zəlzələ iki dəqiqəlik fasilə ilə 10.26 və 10.28-də (Bakı vaxtı ilə müvafiq olaraq 5.26 və 5.28) baş verib, maqnitudası 4.3 və 4.1 olub.
Üçüncü zəlzələ eyni yerdə 11.18-də (Bakı vaxtı ilə 6.18) baş verib,. Zəlzələnin gücü  4.0 bal  olub.

Zərbələrin maksimum gücü Yaponiyada qəbul edilmiş yeddi ballıq şkala üzrə dörd bal olub.

Sunami təhlükəsi yoxdur.
Tələfat və dağıntılar barədə məlumatlar verilməyib.

Əvvəlki məqalə

“Grammy” mükafatçılarının adı açıqlandı

Sonrakı məqalə

“Avrasiya İttifaqından kənarda rubldan istifadə çox aşağıdır” –