Yaponiyalı milyarder Aya gəzməyə getmək üçün 8 nəfər yol yoldaşı axtarır

Yaponiyalı milyarder Yusaku Maedzava SpaceX raketi ilə Ay səyahətində ona yoldaşlıq edəcək 8 nəfər axtarır.

Maedzava 2023-cü ildə təşkil olunacaq səyahətin bütün xərclərini ödəyəcəyini bildirib. O, YouTube kanalındakı paylaşımında seçim üçün iki meyar irəli sürərək yazıb: “Bəşəriyyətə fayda verə biləcək hər insanı dəvət edirəm”.

Milyarder mesajında vurğulayıb ki, kosmik gəmidəki bütün yerləri satın aldığı üçün bu, məxsusi bir səyahət olacaq. “8 nəfər axtarıram, SpaceX istehsalı olan “Starship” raketi ilə gedəcəyik. Getmək 3 gün, dönmək 3 gün çəkəcək. İştirak edənlər heç bir pul ödəməyəcək”, -deyə Maedzava bildirib. O, dünyada tanınmış müğənni, rəqqas və ya yazıçı, yaxud kreativ bir şey edə biləcək insanları seçmək fikrindədir.

Maedzava video mesajında ona ünvanlanan “Qorxmursunuz ki?” sualına “Bir az qorxuram, amma marağım daha çoxdur. SpaceX komandasına və İlon Maska, texniki imkanlarına güvənirəm” – cavabını verib.

BBC-nin xəbərinə görə yapon milyarder layihə çərçivəsində SpaceX kompaniyasına nə qədər pul ödədiyini açıqlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zəngilan rayonunun Beşdəli kəndindən görüntülər –

Sonrakı məqalə

“İmzalanmış üçtərəfli bəyanatın yerinə yetirilməsi vacib şərtdir” –