“Yaxın zamanda Azərbaycanla danışıqlar başlanacaq” –Ermənistan Təhlükəsizlik Şurasının katibi

Ermənistan yaxın zamanda Azərbaycanla danışıqlar planlaşdırır.

Azpost.info erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.

Qriqoryan qeyd edib ki, Ermənistan və Azərbaycanın nümayəndələri sülh sazişi üzrə danışıqları davam etdirmək üçün yaxın zamanda görüşəcəklər: “Yaxın zamanda danışıqlar gözlənilir. Bu səbəbdən biz sülh müqaviləsinin erməni variantını Azərbaycana göndərməmişik. Hazırda müzakirələr gedir”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşünün keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Bu barədə aprelin 27-də keçirdiyi brifinqdə açıqlama verib.  “Belə bir görüşlə bağlı razılıq əldə olunub. Konkret tarix daha sonra açıqlanacaq”, – deyə o bildirib.

Əvvəlki məqalə

İrəvan Avropa İttifaqına Zəngəzurda müşahidəçi sayının artırılmasını təklif edib

Sonrakı məqalə

Dünya işığını insanlara göstərən həkim –