“Yayda Avropada meymun çiçəyi xəstəliyi arta bilər” –ÜST

“Avropa ölkələrində yay aylarında kütləvi festivallar və şənliklər keçirildiyi üçün meymun çiçəyi xəstəliyinə yoluxma hallarının artması mümkündür”.

Azpost.info xəbər verir ki, bu xəbərdarlığı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu yayıb. Məlumata görə, meymun çiçəyi adətən asanlıqla yayılmır.

Virus zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və ağızdan daxil olur. Əsas yayılma yolu yaxın fiziki təmas, o cümlədən cinsi əlaqədir. Büronun rəhbəri Hans Klyuge qeyd edib ki, əl və tənəffüs orqanlarının gigiyenası, həmçinin şəxsi qoruyucu vasitələr və yoluxmuş şəxslərin təcrid olunması yoluxmanın qarşısını almaq üçün vacibdir.

Azpost.info

Əvvəlki məqalə

ABŞ prezidenti Kim Çen Inla görüş üçün şərtini açıqladı

Sonrakı məqalə

İƏT Baş katibi Azərbaycan Prezidentini təbrik edib