Yeni Zelandiya İran vətəndaşlarına və müəssisələrinə qarşı yeni sanksiyalar elan edib.
Azpost.info xəbər verir ki, bu barədə xarici işlər naziri Nanaya Maxuta məlumat yayıb.
Yeni sanksiyalar Rusiyaya dronları tədarük edən şəxs və təşkilatlara, həmçinin ötən ilin payızında ölkədə baş vermiş etirazların yatırılmasına cavabdeh olanlara təsir edəcək.
Yeni sanksiya siyahısına silahların hazırlanması və istehsalı ilə bağlı müəssisələrin rəhbərləri, həmçinin İran Hərbi Hava Qüvvələrinin komandanı Məhəmməd Ələvi də daxil edilib.
Azpost.info