Yeni Zelandiya Rusiyanın 87 vətəndaşını “qara siyahıya” saldı- "Ən böyük sanksiyalar paketini elan edirik"

Yeni Zelandiya Rusiyanın 87 vətəndaşına qarşı sanksiya tətbiq edib.

Azpost.info xəbər verir ki, məhdudiyyətlər Rusiya Mərkəzi Seçki Komissiyasının üzvlərinə, hərbi qulluqçulara, hərbi hissələrin komandirlərinə, həmçinin onların ailə üzvlərinə şamil edilib.

“Bu gün biz Rusiyanın hərəkətlərini pisləmək üçün ona qarşı ən böyük sanksiyalar paketini elan edirik. Prezident Vladimir Putinə yaxın siyasi xadimlər olan 87 Rusiya vətəndaşına qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq olunur”, – Yeni Zelandiya XİN-dən bildirilib.

Nazirlik hesab edir ki, Rusiyanın hərəkətləri bütün dünyanın təhlükəsizliyinə və iqtisadi sabitliyinə təsir edir.

Azpost.info

Əvvəlki məqalə

“Hazırda “Trendyol” platformasına qarşı tənzimləmə qərarı yoxdur” –

Sonrakı məqalə

Xocalı faciəsi xalqımızın qan yaddaşıdır