Yeni Zelandiyada 7,3 bal gücündə zəlzələ baş verib

Sakit okeanda Yeni Zelandiyanın bir hissəsi olan Kermadek arxipelaqı ərazisində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yerltı təkanların episentri 110 min nəfər əhalisi olan Vanqarey şəhərindən 963 km şimal-şərqdə, 33,6 km dərinlikdə yerləşir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. ABŞ Milli Meteoroloji Xidməti sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Əvvəlki məqalə

Bayden seçkiqabağı kampaniya üçün rəhbər təyin edib

Sonrakı məqalə

Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur