Yer Kürəsinə həyatı kometa gətirib? –Yeni nəzəriyyə açıqlandı

Tədqiqatçılar yer üzündəki həyatın necə yarandığı barədə yenidən müzakirələrə başlayıblar. Alimlər zaman-zaman böyük mübahisələrə səbəb olan belə bir əhatəli, tükənməz mövzu barədə dünyaya məlum olan nəzəriyyələri yenidən elmi gündəmə gətirmək qərarına veriblər.

Azpost.info bildirir ki, xəbəri “Space” nəşri yayıb.

Alimlər artıq texnologiyaların çox sürətlə inkişaf etdiyi belə bir müasir dövrdə yeni və daha da əhatəli araşdırmalara ehtiyacı olduğunu vurğulayıblar.

Elə buna görə də aparılan araşdırmaların nəticəsində ortaya çıxan yeni sensasiyalı kəşf yerdə həyatın yaranma vaxtını inkar etmir.

ABŞ-ın elm adamları məşhur Heyl-Bopp kometasının kimyasının tərkibi sayəsində zamanla yer üzünün necə inkişaf etdiyini öyrənmək üçün yeni model yaradıblar. Bu məlumat yer üzündə, həmçinin də ondan kənarda həyatın mənşəyinə işıq salır.

“C/1995 O1” kimi də tanınmış Heyl-Bopp kometası 1995-ci ildə kəşf edilib. O, həm də indiyədək müşahidə edilən ən parlaq kometlərdən biridir.

Nəşrin yazdığına görə, alimlər bildiriblər ki, onlar illər ərzində toplanmış müşahidə məlumatlarından ətraflı istifadə etməklə, Heyl-Bopp kometini, xüsusilə də kimyəvi tərkibini, eləcə də zamanla onun təkamül prosesini necə keçdiyini öyrəniblər. Daha sonra alimlər onların modelindən istifadə edərək, üzvi molekulların kometin içində necə əmələ gəldiyini, həmçinin necə sağ qala biləcəyini öyrəniblər. Tədqiqatçıların fikrincə, ola bilsin ki, bu molekullar yerdə həyatın yaranmasına səbəb ola bilərdi.

Donmuş su, qazlar, toz, eləcə də qayalıq materialdan ibarət olan kometin nüvəsi formamid, metil format və etilen qlikolla yanaşı həm də metanol, asetonitril kimi mürəkkəb üzvi molekulları ehtiva edir. Bu maddələr isə məhz yerdəki ilk yaradılışın, həyatın mənşəyi ilə əlaqəli ola bilər.

Alimlər eyni zamanda da, bu kometaların yer planetindəki mövcud həyatdan ötrü zəruri sayılan üzvi molekulların mənbəyi olub-olmamasını da elmi cəhətdən dəqiq öyrənə bilmədiklərini bildirirlər. Lakin bu yeni model belə bir ehtimalın da mövcud olduğunu, həmin kometlərin yer kürəsinə gətirdiyi üzvi molekulların hətta günəşin yaranış tarixindən xeyli əvvəl əmələ gələ biləcəyi barədə elmi iddiasını irəli sürür.

Xatırladaq ki, tədqiqatçılar yer kürəsində həyatın yaranmasının ən əsas sirlərindən birini də açıqlayıblar. Bir çox amerikalı və avropalı tədqiqatçılarım və alimlərnin də dəstəklədiyi klassik nəzəriyyəyə görə isə yer mövcudluğunun başlanğıcında artıq yaranmış orqanizmlərin əhatəsinə düşüb yaradılış prosesində ola-ola tam münbit şəraitdə yer kürəsinin yaranmasına təkan verən bu molekulların “tikinti bloklarının” meydana gəlməsi üçün tamamilə şərtlərə uyğunlaşa bilməklə görünən hala gəlib.

Oqtay Qorçu

Əvvəlki məqalə

Ermənistana ən çox hansı ölkələrin vətəndaşları gəlib? –

Sonrakı məqalə

“Türkiyə mənfi təsirləri ən çox hiss edən ölkələr arasındadır” –