Yunanıstan Baş naziri prezidenti parlamenti buraxmağa çağırıb

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis ölkə prezidentini parlamenti buraxmağa və parlament seçkilərini mayın 21-nə təyin etməyə çağırıb.

Azpost.info xəbər verir ki, bu barədə ERT TV məlumat yayıb.

“Nazirlər Şurasının parlamentin buraxılması və 4 həftə sonra mayın 21-nə ümumxalq seçkilərinin təyin edilməsini tələb edən qərarını sizə çatdırıram. Bu, konstitusiyada nəzərdə tutulub”, – Mitsotakis bildirib.

Yunanıstan prezidenti qarşıdan gələn seçki dövrünün rahat keçəcəyinə ümid etdiyini deyərək Baş nazirin xahişini qəbul edib.

Azpost.info

 

Əvvəlki məqalə

DİN Xaçmazda itkin düşən iki qardaşla bağlı məlumat yaydı

Sonrakı məqalə

Almaniya rus diplomatlarını kütləvi şəkildə ölkədən qovur