“Yuventus” qələbə qazandı, “Mançester Yunayted” xal itirdi

“Yuventus” İtaliya A seriyasında növbəti matçına çıxıb. 

Turin təmsilçisi 22-ci turda “Udenize” ilə qarşılaşıb. Görüş “Yuventus”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. 19-cu dəqiqədə Paulo Dibala, 79-cu dəqiqədə Ueston Makkenni fərqlənib.

Qeyd edək ki, “Yuventus” hazırda A seriyasının turnir cədvəlində 41 xalla 5-ci, “Udenize” isə 20 xalla 14-cüdür.

İngiltərə Premyer Liqasında da 22-ci turun oyunları keçirilir. 

“Mançester Yunayted” bu dəfə “Aston Villa” səfərinə yollanıb. Dörd qolun qeydə alındığı oyunda “qırmızı şeytanlar” qələbəni əldən veriblər.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda turnir cədvəlində 32 xalla 7-ci, “Aston Villa” isə 23 xalla 13-cüdür. (Qol.az)

İngiltərə Premyer Liqası

22-ci tur

15 yanvar

“Aston Villa” – “Mançester Yunayted” – 2:2

Qollar: Remsi, 77. Koutinyo, 82 – B.Fernandes, 6; 67.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Ukraynada bütün qəzetlər dövlət dilində çap olunacaq

Sonrakı məqalə

Şeyxülislam Müqəddəs Komodilla katakombalarını ziyarət edib