Zəfər günü ilə bağlı amnistiyanın icrası yekunlaşıb –15 şikayətə baxılıb (RƏSMİ)

Vətən müharibəsində böyük qələbəmizi təmin edən Müzəffər Ali Baş Komandanın təşəbbüsü ilə ötən il noyabrın 5-də qəbul edilmiş Zəfər günü münasibətilə amnistiya aktı İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olub.

Bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova deyib. O bildirib ki, amnistiyanın icrası 4 ay müəyyən edilib, martın 5-də onun icrası artıq başa çatıb.

A.Sabitova bildirib ki, “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının icrası ilə bağlı Ədliyyə Nazirliyi üzrə 05.11.2021-ci il tarixli əmrlə həmin Qərarın tətbiqi ilə əlaqədar daxil olmuş şikayətlərin araşdırılması üçün Monitorinq qrupu yaradılıb.

O bildirib ki, ötən müddətdə 15 belə şikayət daxil olub, onlardan 14-ü araşdırılmaqla nazirliyin rəhbərliyinə məruzə edilib.

“Onlardan 5-i Cəzaların icrasına nəzarət üzrə müfəttişlik, 1-i İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən Monitorinq qrupuna göndərilib, 1-i prokurorluğun “Qaynar xətt”indən, 6-ı Katiblikdən bilavasitə daxil olmuş, 2-si isə Monitorinq qrupuna məlumat verilməklə Penitensiar xidmət tərəfindən məzurə edilib.

Şikayətlərdən 2-i probasiya, digərləri isə Penitensiar xidmətlə əlaqədar olub. Araşdırmalarla bütün şikayətlərin əsassız olması müəyyən edilmiş, onlardan 6-sı məlum amnistiya aktının təsiri dairəsinə düşməyən məhkumlar barəsində, 4-ü zərərçəkmiş şəxslərin şikayətləri, 2-si dini baxışlarına görə nəzarətdə olan məhkum barəsində, 3-ü şikayət daxil olanadək barəsində amnistiyanın tətbiqi ilə bağlı tədbirlər görülmuş məhkumlar barəsində olmuş, 2-i üzrə şikayət daxil olduqdan sonra amnistiyanın tətbiqi ilə bağlı tədbir görülüb

Şikayətlərdən biri üzrə aşkar edilmiş pozuntular ( Ağsu rayon icra və probasiya şöbəsinin probasiya üzrə stajoru Məqsəd Cavadlının və şöbə rəisi Emil Əhmədlinin diqqətinə çatdırılıb”, – deyə A. Sabitova bildirib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Facebook”da rus ordusu əleyhinə şüarlara icazə verildi –

Sonrakı məqalə

Lukaşenko Rusiyada səfərdədir –