Zəlzələdən ziyan çəkənlərə maddi yardım ayıran türkiyəli məşhurlar- SİYAHI (MƏBLƏĞ)

Dəhşətli zəlzələdən sonra Türkiyə vətəndaşları təbii fəlakətdən zərər çəkənlərə kömək etmək üçün hərəkətə keçiblər.

Azpost.info xəbər verir ki, zəlzələ qurbanlarına yardım edənlər arasında ölkənin sənət və idman aləmini təmsil edən məşhur simalar da var. Onlar yardım kampaniyalarında iştirak edərək zəlzələ bölgələrinə isti geyim, ərzaq və başqa zərüri ehtiyacların təminatında fəal iştirak edirlər.

Zəlzələdən zərər çəkənlərə pul yardımı edən məşhurlar da var. Müğənni Haluk Levent maddi yardım ayıran məşhurların ilkin siyahısını açıqlayıb:

– Merih Demiral: 1 milyon TL

– Edis: 400 min TL

– Derya Balta: 300 min TL

– Kıvanç Tatlıluğ: 200 min TL və logistika dəstəyi

– Mustafa Ceceli: 200 min TL

– Mert Hakan Yandaş: 200 min TL

– Burak Deniz: 150 min TL

– Emre Kılınç: 150 min TL

– Celil Nalçakan: 100 min TL

– Çağlar Söyüncü: 50 min avro

– Cengiz Ünder: 50 min avro

– İrem Derici: 150 min TL

– Aras Bulut İynemli: 200 min TL

– Burak Yılmaz: 300 min TL

– Murt K: 325 min dollar

Azpost.info

Əvvəlki məqalə

“Space” TV-nin direktoru işdən çıxarıdı, yerinə bu şəxs təyin olundu

Sonrakı məqalə

Türkiyə səfirliyi yardım üçün Azərbaycan vətəndaşlarına müraciət etdi –