“Zərifə Əliyeva” gəmi-bərəsi ilk səfərinə çıxıb

Prezident İlham Əliyev iştirakı ilə aprelin 28-də istismara verilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsi mayın 5-də ilk səfərinə çıxıb.

ASCO-dan  verilən xəbərə görə, “Zərifə Əliyeva” gəmisinin ilk səfəri Qazaxıstanın Kurık limanına olub.

Daimi heyəti 30 nəfərdən ibarət unikal gəminin uzunluğu 154,50 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

“Zərifə Əliyeva” gəmi-bərəsinin “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcəyi proqnozlaşdırılır.

Əvvəlki məqalə

Serbiyada turistlər üçün vaksin tələbi ləğv olunub

Sonrakı məqalə

Valyutaların bu günə olan məzənnələri