“Zaporojye Atom Elektrik Stansiyası ətrafında vəziyyət kifayət qədər gərgindir”.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O, Kiyevdən AES-ə qarşı təxribat təhlükəsinin böyük olduğunu söyləyib.
Peskov bildirib ki, Kiyevin AES-də planlaşdırdığı təxribat fəlakətli nəticələrə gətirib çıxara bilər.
Qeyd edək ki, Kiyev və Moskva Zaporojye AES-də təxribatlar baş verəcəyi ilə bağlı bir-birilərini ittiham edib.