Zaqatalada 61 yaşlı kişi velosipeddən yıxılaraq ölüb

Zaqatalada velosipeddən yıxılan 61 yaşlı kişi aldığı ağır xəsarətlərdən ölüb.

Şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Yeni Suvagil kənd sakini 1961-ci il təvəllüdlü Mahmud Məmməd oğlu Pirimov bədənin qarın və döş nahiyələrinin küt travması xəsarəti ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı M. Pirimovun bu gün səhər saatlarında velosipedlə işə gedən zaman yıxılaraq ağır xəsarət aldığı məlum olub. Təcili olaraq üzərində cərrahiyyə əməliyyat aparılan M. Pirimov həkimlərin səyinə baxmayaraq əməliyyat zamanı keçinib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Şamaxı icra hakimiyyəti acınacaqlı durumda olan uşaqlarla bağlı məlumat yayıb –

Sonrakı məqalə

Yaponiyada koronavirusa gündəlik yoluxma sayı ilin əvvəlindən bəri 50 dəfə artıb