Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş olub.
Bu barədə Ukrayna Prezidenti “Twitter”də bildirib.
Ukrayna Prezidenti gərginliyin aradan qaldırılması prosesi üçün ABŞ Dövlət katibinin aktiv fəaliyyətini yüksək qiymətləndirib: “Amerika Birləşmiş Ştatlarının siyasi və təhlükəsizlik dəstəyinə görə minnətdarıq. Ölkələrimiz arasında iqtisadi və maliyyə əməkdaşlığının genişlənməsinə arxayınıq. Əminəm ki, Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı qərar olmayacaq”.