Zelenski Avropanın ən nüfüzlu şəxsi seçilib –“Politico”

“Politico” Ukrayna prezidenti Vladimir Zelenskini Avropanın ən nüfüzlu şəxsi seçib.

Azpost.info xəbər verir ki, bu nəticə nəşrin təşkil etdiyi “Auditoriyanın seçimi” başlıqlı onlayn səsvermədə ortaya çıxıb. “Politico” hər il ən nüfuzlu şəxslərin siyahısını dərc edir. İl boyu Avropada siyasi əhval-ruhiyyəni kimin təyin edəcəyini və mühüm qərarları kimin qəbul edəcəyini proqnozlaşdıran siyahı 100 nəfərlik redaksiya heyəti arasında aylarla davam edən müzakirələrin nəticəsində müəyyən olunur.

Nəşr dekabr ayında İtaliyanın baş naziri Mario Draqini “Avropanın ən nüfuzlu şəxsi” adlandırmışdı. Lakin Rusiyanın Ukraynaya təcavüzündən sonra baş verən dərin geosiyasi və iqtisadi dəyişikliklər fonunda “Politico” oxucularını siyahıya dəyişikliklərə səs verməyə dəvət edib. Səsvermədə birinci yeri Zelenski tutub. Digər populyar namizədlər Fransa prezidenti Emmanuel Makron, Rusiya prezidenti Vladimir Putin və Avropa Komissiyasının sədri Ursula fon der Leyen olub.

Azpost.info

Əvvəlki məqalə

“Kristal Abşeron” Qarabağ veteranının evini söküb – ŞİKAYƏT

Sonrakı məqalə

Vətəndaşın məmura nəzarəti nə üçün lazımdır?