Ukrayna prezidenti Zelenski telefon söhbəti zamanı ABŞ dövlət başçısı Baydendən Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini xahiş edib.
Azpost.info bildirir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Ötən cümə günü keçirilən telefon danışığı 49 dəqiqə davam edib.
CNN çoxsaylı mənbələrə istinad edərək bildirib ki, Zelenski Rusiyanın beynəlxalq ticarətdən təcrid olunmasını və rus elitasına qarşı fərdi sanksiyalar istəyib.