Zelenski Britaniya hərbi bazasında təlim keçən Ukrayna hərbçiləri ilə görüşdü –FOTOLAR

Britaniyada səfərdə olan prezident Zelenski Ukrayna hərbçilərinin təlim keçdiyi Bovinqton düşərgəsi Britaniya hərbi bazasının Bovinqton düşərgəsinə gəlib. 
Azpost.info bildirir ki, bu barədə Zelenski paylaşım edib. Onunla birlikdə Britaniyanın Baş naziri Rişi Sunak da gəlib.
Prezident ukraynalı tankçı ekipajın İngiltərənin əsas döyüş tankı Challenger və digər zirehli texnikalar üzərində təlimlərini izləyib. Zelenski Ukrayna Silahlı Qüvvələrinin tankçı, desant və mexaniklərinə III dərəcəli Boqdan Xmelnitski ordenləri, III dərəcəli “İgidliyə görə” ordenləri, Ukraynaya hərbi xidmətə görə medallarla təltif edib.
“Hərbçilərimiz tez bir zamanda yeni bacarıqlar öyrənməyə can atırlar ki, evlərinə qayıtsınlar və ərazimizi azad etmək üçün öyrəndikləri hər şeydən istifadə etsinlər”-deyə Zelenski yazıb.
Əvvəlki məqalə

Məşhur “Hicran” tamaşası Türkiyədə HD formatında bərpa edilib –

Sonrakı məqalə

Türkiyədə daha bir zəlzələ oldu