Zelenski Fransaya getdi, Makron və Şoltsla görüşüb –VİDEO

Fransanın paytaxtı Parisdə səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makron və Almaniyanın kansleri Olaf Şoltsla görüşüb.

Görüşdən sonra ölkə liderləri mətbuata açıqlama veriblər.

“Biz Ukraynanın tərəfindəyik, onu qələbəyə qədər müşayiət etmək əzmindəyik”, – deyə Makron bildirib.

Zelenski isə Almaniya və Fransa liderlərinə müraciət edərək ölkəsinə silah tədarükü ilə bağlı məlumatı xatırladıb.

E. Makron isə cavabında Fransa və Avropa İttifaqının Ukraynaya silah verilməsini davam etdirmək niyyətində olduqlarını vurğulayıb.

Əvvəlki məqalə

Zəlzələdə ölənlərin sayı 12 391 nəfərə çatıb

Sonrakı məqalə

Valyuta məzənnələri