“Kimin necə öləcəyi bəlli olmaz…”-- MEDVEDEV

“Zelenskinin Adolf Hitlerin taleyini təkrarlayaraq intihar etmək şansı var”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna liderinin BBC-yə müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

“Yaşıl geyimdə olan məxluq Kremldəki hər kəsə ölüm arzuladı. Kimin necə öləcəyi bəlli olmaz. Ukrayna prezidentinin nasist Almaniyasının liderinin özü üçün seçdiyi üsulu seçmək, qorxaqcasına intihar etmək şansı var”, – Medvedev  deyib.

Zelenski müsahibəsində Kremldə olan hər kəsin sonunun pis olacağına əmin olduğunu deyib. Eyni zamanda o, Ukrayna hakimiyyətinin Kremlə dron hücumu cəhdində iştirakını təkzib edib.

Azpost.info

Əvvəlki məqalə

“Müxalifət hər vəchlə Paşinyanın devrilməsinə çalışır” –

Sonrakı məqalə

Putin Rusiyadan köçün qarşısını almaq göstərişi verdi