Türkiyə prezidenti Ərdoğan Vladimir Zelenski ilə Ukraynadakı münaqişənin həlli yollarını müzakirə etdiyini, Ankaranın münaqişənin həllinə töhfə verməyə hazır olduğunu bildirib.
Azpost.info bildirir ki, bu barədə Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
Zelenski bundan əvvəl İstanbula səfər edib.
“İyulun 7-də Ukrayna prezidenti cənab Zelenskini qəbul etdik və onunla gündəmdəki məsələləri müzakirə etdik. Biz onunla 500 gündən artıqdır davam edən müharibənin dayandırılması ilə bağlı fikirlərimizi bölüşdük və öz töhfəmizi verməyə hazır olduğumuzu vurğuladıq”, – Ərdoğan müraciətində deyib.
Azpost.info