Zelenski İtaliyaya gedir, Roma Papası ilə görüşəcək

Ukrayna Prezidenti Volodimir Zelenskinin İtaliyaya səfəri nəzərdə tutulur.

Volodimir Zelenski Romada İtaliyanın Baş naziri Ciorcia Meloni, həmçinin Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə görüşlər keçirəcək. Diplomatik mənbələr səfərlə bağlı işlərin yekunlaşmaq üzrə olduğunu bildiriblər.

Qeyd edək ki, Ukrayna Prezidentinin yaxın günlər ərzində bir sıra görüşlər keçirmək üçün Avropanın müxtəlif ölkələrinə səfərləri gözlənilir.

Xatırladaq ki, Ciorcia Meloni Rusiya-Ukrayna müharibəsinin ildönümü ərəfəsində – fevralın 21-də Kiyevə səfəri zamanı Ukrayna Prezidentini İtaliyaya səfərə dəvət edib.

Əvvəlki məqalə

Bakıda “Range Rover” 3 maşına çırpılıb, xəsarət alan var

Sonrakı məqalə

Şəmkirdə oğrular, avaralar və dilənçilər saxlanılıb