Ukrayna prezidenti Vladimir Zelenski keçmiş strateji sənaye naziri Pavel Ryabikini Çinə səfir təyin edib.
Azpost.info xəbər verir ki, Zelenski bununla bağlı Sərəncam imzalayıb.
“Ryabikin Pavel Borisoviç Ukraynanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, – sənəddə deyilir.
Qeyd edək ki, səfirin təyinatı bu gün Zelenski ilə çinli hımkarı Si Cinpin arasında telefon söhbətində müzakirə olunmuşdu. Zelenski bildirmişdi ki, Ukraynanın Çinə səfir təyin etməsi ikitərəfli münasibətlərin inkişafına güclü təkan verəcək.
Azpost.info