Zelenski Moskva ilə danışıqları dayandıra biləcəyini bəyan edib

Ukrayna Prezidenti Vladimir Zelenski Mariupoldakı nəhəng polad zavodunda (Azovstal) sığınan ukraynalı əsgərlərin və mülki vətəndaşların Rusiya qüvvələri tərəfindən öldürüləcəyi təqdirdə Kiyevin Moskva ilə danışıqları dayandıracağını bəyan edib.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında deyib.

“Əgər bizim Mariupoldakı əsgərlərimiz, mülki vətəndaşlarımız öldürülsə və Xerson vilayətində saxta referendum təşkil edilsə, Ukrayna istənilən danışıqlar prosesindən çıxacaq”, – deyə Vladimir Zelenski bildirib.

Əvvəlki məqalə

Türkiyə Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanını bağlayıb

Sonrakı məqalə

“İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir”-