Zelenski müdafiə naziri Reznikovun istefasını təsdiqləyib

Prezident Vladimir Zelenski Aleksey Reznikovun Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilməsini təsdiqləyib.

Bu barədə RBC-Ukrayna dövlət başçısının videomüraciətinə istinadən məlumat yayıb.

Prezidentin sözlərinə görə, nazirliyə Rüstəm Umerov rəhbərlik edəcək.

“Ukrayna Ali Şurası bu şəxsi yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Mən parlamentin bu namizədliyi dəstəkləyəcəyini gözləyirəm” – Zelenski vurğulayıb.

Əvvəlki məqalə

“Yeni dezinformasiya kampaniyasına start verilib”-

Sonrakı məqalə

Yük karvanı 7 gündür Ağdam-Xankəndi yolunda gözləyir