Zelenski müharibə başlanandan ilk dəfə Ukrayna parlamentində çıxış etdi

Ukrayna prezidenti Vladimir Zelenski müharibə başladıqdan sonra ilk dəfə  Ali Radada çıxış edib.

Bu barədə Telegram-da “Avropa Həmrəyliyi” partiyasından olan deputat Aleksey Qonçarenko məlumat verib. O qeyd edib ki, Böyük Britaniyanın baş naziri Boris Conson Zelenskidən əvvəl Ukrayna parlamentində çıxış edib:

“Boris Conson Ali Radaya müraciət etdi. Vladimir Zelenski ona cavab verdi və müharibə başlayandan bəri ilk dəfə Ali Radada danışdı”.

Zelenski özü Radada çıxışı ilə bağlı Tvitterdə paylaşım edib: “Hiss etdiyimiz dəstəyə, eşitdiyimiz sözlərə və gördüyümüz hərəkətlərə görə, Böyük Britaniya lideri Boris Conson və Birləşmiş Krallığın bütün xalqına təşəkkür etdim.  Mən böyük Ukrayna ordusunun bir hissəsi olan xalq deputatlarımıza da müraciət etdim. Sizin cəbhəniz xalqımız üçün, hər birimiz üçün, dövlətimiz üçün, qələbəmiz üçün çalışmalı olduğunuz qanunvericilik sahəsidir. Bu gün sizinlə bir partiyamız, bir fraksiyamız var: bu partiya da Ukraynadır”-deyə prezident yazıb.

Digər deputat Yaroslav Jeleznyak isə telegram kanalında yazıb ki, Britaniyanın baş naziri Conson çıxışında Ukraynaya  3 milyard funt-sterlinq dəyərində yeni silahların veriləcəyini bildirib. Söhbət anti-artilleriya radarlarından gedir.

 

 

 

Əvvəlki məqalə

“Zelenski yəhudi mənşəyi haqqında spekulyasiya edir” –

Sonrakı məqalə

“Macarıstanın baş naziri mənə dedi mayın 9-da müharibə bitəcək” –