“Ukrayna prezidenti Vladimir Zelenski qalib gəlməyəcəyini anladı və Qərbə iddialar irəli sürməyə başladı”.
Azpost.info xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, Zelenski də anlayır ki, əks-hücum nəticəsiz qalacaq və Ukrayna çoxlu hərbçi itirəcək.
“Zelenski nəhayət başa düşdü ki, bu müharibədə qalib gəlməyəcək, bu əks-hücum minlərlə insanın ölümündən başqa heç bir nəticə verməyəcək”, – Lukaşenko bildirib.
Azpost.info