Zelenski Rusiyanın terror sponsoru kimi tanımaq üçün Baydenə müraciət edib

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın  “terrora sponsorluq edən ölkə” kimi tanınması üçün ABŞ prezidenti Co Baydenə müraciət edib.

Azpost.info bildirir ki, bu barədə  etibarlı mənbələrə istinadən  “Washington Post” qəzeti  məlumat yayıb.

Qəzet bu addımı ABŞ-ın arsenalında mövcud olan ən güclü və radikal sanksiyalardan biri olduğunu vurğulayıb.

Bu çağırış Zelenski ilə Bayden arasında bu yaxınlarda baş tutan telefon danışığında edilib. Lakin Amerika liderinin bununla bağlı  konkret vəd vermədiyi vurğulanır.

Qəzet yazır ki, eyni zamanda Bayden Zelenskiyə deyib ki, Moskvaya təzyiqi artırmaq üçün bir sıra təklifləri nəzərdən keçirmək niyyətindədir.

Yanvar ayında Respublikaçı senator Cim Banks Rusiyaya qarşı yeni sanksiyalar layihəsini təqdim edib. “Washington Post” qəzetinin yazdığına görə, bu, “Putinin Məsuliyyətə cəlb edilmə Aktı” adlanır.  Layihə Donbasdakı “Rusiya tərəfindən dəstəklənən” qüvvələrin terrorçu elan edilməsini və Rusiyanın terrorizmin sponsoru kimi tanınmasını ehtiva edir.
Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik RİA Novosti-yə bildirib ki, ABŞ-ın Rusiyaya qarşı bu sanksiyalar paketi qəbul olunarsa, Moskvanın cavabı simmetrik olacaq, Rusiya onlara qoşulan ölkələrlə diplomatik münasibətləri kəsmək hüququnu özündə saxlayır.

Əvvəlki məqalə

“Heç nə bizi çəkindirə bilməz” –

Sonrakı məqalə

Rusiya Ukraynaya silah göndərən ölkələrə nota verib