Zelenski sabah mətbuat konfransı keçirəcək

Fevralın 24-də Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın işğalının ildönümü ilə bağlı mətbuat konfransı keçirəcək.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Tədbirin vaxtı və yeri barədə jurnalistlərə akkreditasiyanı təsdiq edən məktubla məlumat veriləcək.

“Bir media orqanı 1 müxbir, 1 operator, 1 fotoqrafı akkreditasiya edə bilər”, – məlumatda bildirilir.

Azpost.info

Əvvəlki məqalə

“Tərtər işi”nə görə tutulan şairin məhkəməsi başlayır

Sonrakı məqalə

“Heç kimin Rusiyanı məhv etmək arzusu yoxdur”