Zelenski Ukraynada 9 may tarixini Avropa Günü elan etdi

Ukrayna prezidenti Vladimir Zelenski 9 Mayın Ukraynada Avropa Günü kimi təsis edilməsi haqqında fərman imzalayıb.

Azpost.info xəbər verir ki, dövlət başçısının saytında dərc olunan sənəddə deyilir ki, bayram qitədə yaşayan xalqların birliyinin möhkəmlənməsinə kömək edəcək.

“Ukrayna xalqının avropalı kimliyini dərk edərək, Avropa xalqlarının birliyini gücləndirmək, Avropa qitəsində sülh, təhlükəsizlik və sabitliyi təmin etmək, demokratiya ideallarına və dəyərlərinə sadiqliyi nümayiş etdirmək, gənclər və digər ictimai birliklərin təşəbbüslərini dəstəkləmək üçün mən Ukraynada hər il mayın 9-da Avropa İttifaqı dövlətləri ilə birlikdə qeyd olunan Avropa Gününün təsis edilməsinə qərar verirəm”, – fərmanda deyilir.

Zelenski bildirib ki, Ukraynada Qələbə Gününün 8 mayda qeyd olunması nəzərdə tutulur.

Azpost.info

Əvvəlki məqalə

“Çin şirkətlərinə qarşı sanksiya tətbiq etsələr…”

Sonrakı məqalə

Naxçıvanın mədəniyyət naziri vəzifəsindən azad edilib