Zelenski Yaponiyada Rişi Sunakla görüşüb

Ukrayna prezidenti Vladimir Zelenski G7-nin Xirosimada keçirilən sammitində Britaniya Baş naziri Rişi Sunakla görüşüb.

Azpost.info xəbər verir ki, Zelenski onunla gələcək əməkdaşlıq məsələlərini müzakirə etdiyini bildirib.

“Yaponiyada Britaniyanın baş naziri Rişi Sunakla görüşdüm. Britaniyanın beynəlxalq döyüşçülər koalisiyasındakı liderliyinə görə təşəkkür etdim”, – Zelenski qeyd edib.

Ukrayna prezidenti G7 sammiti ərəfəsində Sunakla mövqeləri razılaşdırdığını və ölkələr arasında əlaqələrin inkişafını müzakirə etdiyini də əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

Yaponiya İmperatoru Prezident İlham Əliyevi təbrik edib

Sonrakı məqalə

Sığorta sahəsində attestasiya keçiriləcək