Zelenskinin müşaviri Rusiya ilə sülh sazişinin əldə olunacağı müddəti açıqlayıb

“Rusiya və Ukrayna arasında sülh müqaviləsi ən tez bir-iki həftəyə, ən geci may ayına qədər əldə olunacaq”. 
Azpost.info bildirir ki, bu barədə Ukrayna Prezidentinin Ofis rəhbərinin müşaviri Aleksey Arestoviç jurnalist Mark Feyqin youtube-kanalına açıqlamasında deyib.
“Hesab edirəm ki, mayın əvvələrinə qədər sülh müqaviləsini bağlamalıyıq. Ola bilsin bundan daha tez olsun. Baxarıq… Mən ən gec müddəti götürürəm. Bir-iki həftə ərzində qoşunların çəkilməsi ilə bərabər sülh sazişi əldə olunacaq, ya da…yaxın müddət ərzində danışıb -artıq may ayının sonuna qədər növbəti danışıqlar raunduna qədər bu əldə olunacaq…”-deyə Arestoviç bildirib.
Danışıqların dördüncü raundu dünən videorabitə vasitəsilə ilə aparılıb. Zelenskinin müşaviri Podolyak danışıqlardan sonra bəyan edib ki, texniki pauza götürülüb və danışıqlar bu gün davam etdiriləcək.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünya çempionu Zaur Yusifovu öldürməkdə şübhəli bilinən şəxs tutulub

Sonrakı məqalə

İsrail Ukraynada səhra xəstəxanası qurur