Zelenskinin ofisi Ancelina Colini yenidən Ukraynaya dəvət edib

Ukraynanın prezident ofisinin rəhbəri Andrey Yermak amerikalı aktrisa, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Ancelina Colini yenidən Ukraynaya səfərə dəvət edib.

Azpost.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Yermak Coli ilə videokonfrans vasitəsilə danışıb. Onlar ukraynalı uşaqlara kömək etmək üçün atılacaq addımları müzakirə ediblər. “Mən bacardığım hər bir şəkildə, xüsusən də uşaqlara kömək etməyə hazıram. Ölkənizdəki uşaqlar üçün əlimdən gələni edəcəyəm”, – Coli deyib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda daha 8 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Maqsud Mahmudov 14 il azadlıqdan məhrum edildi –