“Zelenskinin Putinlə danışmasına ehtiyac qalmayacaq”- MEDVEDEV

“Ukrayna prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmalı olmayacaq. Ondan sadəcə deyilənə imza atmaq tələb olunacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Medvedevin sözlərinə görə, Ukrayna liderinin Rusiya tərəfi ilə danışıqlara getmək istəməməsi ilə bağlı bəyanatları yeni deyil.

Medvedev onu da qeyd edib ki, Zelenskinin imzaladığı kağızın qiyməti yüksək olmayacaq. Buna misal kimi o, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun imzaladığı Minsk razılaşmalarını xatırladıb.

Azpost.info

Əvvəlki məqalə

Keçmiş işçisi “Azərişıq”ı məhkəməyə verdi

Sonrakı məqalə

Azərbaycan vətəndaşlarını Dubaydan çıxarırlar, viza verməkdən imtina olunur –