Zidan PSJ-nin baş məşqçisi olacaq?

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-ni çalışdırmaq variantını istisna etmir. 

Qol.az “Foot Mercato”ya istinadən xəbər verir ki, fransalı mütəxəssis artıq klub rəhbərliyi ilə ilkin danışıqlar aparıb.

Eyni zamanda, Zidan klubda Arsen Vengerlə çalışmaq istəyir. O, özü komandanı çalışdırmağı, Vengerin isə klubun strateji inkişafı ilə məşğul olmağı planlaşdırır.

71 yaşlı Venger FİFA-da futbolun qlobal inkişafı departamentinin rəhbəri vəzifəsində çalışır.

Qeyd edək ki, Zidan “Real”dan ayrıldıqdan sonra 2020/21 mövsümünün sonundan bəri işsizdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Gənclər və idman naziri yeni müavinini təriflədi:

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi