Əbdürrəhman Vəzirovun cənazəsi Azərbaycana gətirilməyəcək

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində dəfn olunacaq.

Bu barədə mərhumun yaxınları məlumat verib.

Ə.Vəzirovun həyat yoldaşının məzarının yanında torpağa tapşırılacağı gözlənilir.

Qeyd edək ki, Ə.Vəzirov 1930-cu ildə Bakının Binəqədi rayonunda anadan olub. O, 1988-1990-cı illərdə Azərbaycan SSRİ-yə rəhbərlik edib. O, 1990-cı il 20 Yanvar hadisələrindən sonra Rusiyaya köçüb və ömrünün sonuna qədər orada yaşayıb.(Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

NATO Rusiyanı Ukrayna sərhədlərindən geri çəkilməyə çağırdı

Sonrakı məqalə

Son sutkada 329 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib