Əcnəbi vətəndaşların həcc ziyarətinə icazə veriləcək

22 May 2021 - 09:29

Səudiyyə Ərəbistanı hökuməti bu il yerli sakinlərlə yanaşı, əcnəbi vətəndaşların da həcc ziyarətinə icazə verəcək.

Bu barədə TASS ölkənin “Al-Watan” qəzetinə istinadən məlumat yayıb.

Məlumata əsasən, ziyarət prosesi koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilmiş ciddi sanitar normalara riayət olunması şərtilə reallaşdırılacaq.

Qeyd olunub ki, hökumətin bu qərarı mayın 9-da Həcc və Ümrə Məsələləri üzrə Nazriliyin müvafiq tövsiyyyələri əsasında qəbul edilib.

Xatırladaq ki, ötən il həcc ziyarətinə yalnız min nəfər ölkə vətəndaşı buraxılıb.