Əfqanıstanda ABŞ hərbi konvoyuna hücum olub

12 Noyabr 2019 - 13:32

Əfqanıstanda ABŞ hərbi konvoyuna hücum edilib.

APA-nın “TOLO News” agentliyinə istinadən verdiyi xəbərə görə, Loqar vilayətində, Kabil – Paktiya magistral yolunda ABŞ hərbi konvoyunun yaxınlığında avtomobil partladılıb.

Hadisə yerli vaxtla saat 11:00 radələrində baş verib.

Hələlik partlayış nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.