Əfqanıstanda iki ABŞ əsgəri öldürülüb

12 Yanvar 2020 - 09:00

Əfqanıstanın cənubunda avtomobilin partladılması nəticəsində iki ABŞ əsgəri ölüb, daha ikisi yaralanıb.

Trend-in məlumatına görə, NATO missiyasının “Resolute Support” qrupuna daxil olan Amerika kontingentinin döyüş maşını Qəndəhar əyalətinin cənubundakı Dand əyalətində partlayıcı qurğuya düşüb. Hadisə nəticəsində daha iki əsgərin yaralandığı da bildirilir.

Məlumatda Talibanın məsuliyyəti üzərinə götürdüyü bildirilir.