Əfqanıstanda “Taliban” hərbi bazaya hücum edib

- 13 hərbçi həlak olub
20 Noyabr 2019 - 15:25

Əfqanıstanda “Taliban” hərəkatının döyüşçüləri hərbi bazaya hücum ediblər, nəticədə 13 nəfər hərbçi öldürülüb.

Bu barədə “Tolo News” mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə ötən gün axşam saatlarında Əfqanıstanın şimal şərqində, Kunduz vilayətində baş verib.

Hadisə nəticəsində 13 hərbçi öldürülüb, 5 nəfər yaralanıb(apa).