Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 17 nəfər ölüb

29 Dekabr 2019 - 14:00

Əfqanıstanda “Taliban” döyüşçüləri hökumətə bağlı özünümüdafiə qüvvələrinin bazasına hücum edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Tahar əyalətinin Xvaja Bahavoddin rayonunda qeydə alınıb. Hücum nəticəsində özünümüdafiə qüvvələrindən 17 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Hücum zamanı terrorçular da itki verib.