“Əks halda ABŞ-la birbaşa danışıqlar apara bilmirdik ” –

İran XİN
07 İyun 2020 - 20:49

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi, İsveçrənin ABŞ həbsxanalarındakı İran vətəndaşlarını azad etmək səylərini yüksək qiymətləndirib.

İRNA-nın məlumatına görə, Abbas Musəvi bildirib ki, ABŞ-ın daxili problemləri İran üçün vacib deyil: “İran İslam Respublikası üçün ABŞ hökumətlərinin hərəkətləri vacibdir. Təəssüf ki, son illərdə onlardan İran xalqı və hökumətinin etimadını qazanacaq heç bir hərəkət görmədik. İran və ABŞ arasında hələ də inamsızlıq divarı dayanır. Trampın öz daxili problemləri var. Seçkilər amerikalılar üçün daxili bir məsələdir və İran heç vaxt ABŞ-dakı daxili hadisələr və ya prezident seçkilərinin nəticələrindən nəsə gözləmir.”

Musəvi diplomatik aparatın İran vətəndaşlarını azad etmək üçün hər cür səy göstərdiyini də söyləyib: “İsveçrə hökumətinin köməyi ilə bu mübadilə baş tutdu və buna görə də kömək üçün onlara təşəkkür edirik. Bu mövzuda danışıqlar üçün məsuliyyət daşıyırdılar, əks halda İran İslam Respublikası ilə ABŞ hökuməti arasında birbaşa danışıqlar aparıla bilmirdi “.

Sonda o bildirib ki, ABŞ-da həbsdə olan digər əsirləri də dəyişdirib ölkəyə qaytarmağa hazırdırlar. (APA)