“Biz heç kimin, eləcə də İŞİD üzvünün oteli deyilik”.
APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.
“Mən sizi vətəndaşlıqdan məhrum etdim, özünüz başınızın çarəsinə baxın yanaşması bizim üçün qəbul edilməzdir. Bu, eyni zamanda məsuliyyətsizlikdir”,- deyə o bildirib.
“İŞİD döyüşçülərinin vətəndaşlıqdan çıxarılmasını Hollandiya ilə yanaşı Böyük Britaniya da edir. Hər kəs ən asan olanı edir”.
S.Soylu əlavə edib ki, ələ keçirilən İŞİD döyüşçüləri öz ölkələrinə göndəriləcək.