Əl-Bağdadinin meyiti dənizə atıla bilər

28 Oktyabr 2019 - 11:16

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin meyitinin qalıqları dənizə atıla bilər.

Bu barədə CNN məlumat yayıb. Daha əvvəl ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayn da bildirib ki, “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin meyitinin qalıqları kimi İŞİD liderinin də meyitinin qalıqları dənizə atıla bilər.

Qeyd edək ki, Üsamə bin Laden 2011-ci ildə ABŞ-ın həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində öldürülüb. Onun meyitinin qalıqları Ərəbistan dənizinə atılıb. (APA)