Əli Laricani İran parlamentinin sədri postuna namizəd olmaqdan imtina edib

İran parlamentinin sədri Əli Laricani yenidən spiker postu uğrunda mübarizə aparmayacağını bəyan edib.

“Press TV”nin verdiyi məlumata görə, Ə. Laricani 2008-ci ildən İran parlamentinin sədri postunu tutur.

Ə. Laricani sonuncu dəfə 2019-cu ilin mayında 274 deputatdan 155-nin dəstəyi ilə spiker seçilib. İran parlamentinin sədri ildə bir dəfə, qaydaya əsasən, mayda seçilir.

Ə. Laricani bildirib ki, spiker postu uğrunda mübarizə aparmaq planı yoxdur: “12 il parlamentə rəhbərlik etmək üçün yetərli müddətdir. Mən parlamentin sədri postu uğrunda mübarizə aparmamaq barədə qərarı birdən-birə qəbul etməmişəm, uzun müddət bu barədə düşünmüşəm. Mənim  bu qərarım parlamentin fəaliyyətinə təsir göstərməyəcək. Parlamentdə bu postu tutacaq və bunu bacaracaq digər deputatlar var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan XİN avtobus qəzası ilə bağlı Rusiyaya başsağlığı verib

Sonrakı məqalə

Gəncə hadisələrinə görə həbsdə olan Elvin Nəzərovun səhhətində problem yaranıb –