Əlində avtomat tutmuş Lukaşenko vertalyotdan düşüb

23 Avqust 2020 - 21:06

Belarus prezidentinin rəsmi iqamətgahına vertalyot enib. Helikopterdən əynində zirehli gödəkçə və əlində avtomat tutmuş Lukaşenko düşüb.

Azpost.info bildirir ki, bu barədə RİA-Novosti məlumat yayıb.

İqamətgahın qarşısına toplaşan minlərlə insan hakimiyyət əleyhinə şüarlar səsləndirib. OMON-la üz-üzə duran insanlar saatlarla yerindən tərpənməyiblər. İndicə vətəndaşlar oranı tərk edərək meydana tərəf gedirlər.

Müxalifətin Koordinasiya Şurası ölkədə yeni konstitusiya ilə bağlı Referendum keçirilməsini tələb edir. Onlar parlamentin səlahiyyətlərinin artırılmasını tələb edirlər.