Ər keçmiş arvadının üzərinə benzin töküb yandırdı –

xestexana

Sabunçu rayonunda ailə münaqişəsi zəminində dəhşətli hadisə baş verib.

38 yaşlı Rasim Əhmədov keçmiş həyat yoldaşı, 33 yaşlı Aynurə Məmmədzadənin Maştağa qəsəbəsində yaşadığı evinə gedib. Orada mübahisə edən keçmiş cütlüyün davası cinayətlə yekunlaşıb. R. Əhmədov keçmiş arvadının üzərinə benzin tökərək onu diri-diri yandırıb.

Yanıq xəsarətləri alan A. Məmmədzadə xəstəxanaya yerləşdirilib, həkimlər onun həyatını xilas edə biliblər. Əhmədov Aynurəni qısqanclıq zəminində yandırdığını deyib. Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir