Ərdoğan:

“Volkan Bozkırın BMT Baş Assambleyasının rəhbərliyinə namizədliyini irəli sürəcəyik”
21 Sentyabr 2019 - 16:08

“Dünya liderləri ilə təkbətək görüşlərim olacaq. Sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış edəcəyəm. Çıxışımda BMT-nin gündəmində olan sülh və təhlükəsizliyin təməl məsələlərinə münasibətimizi bildirəcəyik”.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyası ilə əlaqədar Nyu-Yorka səfəri öncəsi Atatürk Hava Limanında jurnalistlərə açıqlama verərkən bildirib.

Ərdoğan səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin rəhbəri, səfir Volkan Bozkırın BMT Baş Assambleyasının
prezidenti vəzifəsinə namizədliyini irəli sürəcəklərini də bildirib: “İnanıram ki, Volkan Bozkır BMT Baş Assambleyasının prezidenti vəzifəsini layiqincə icra
edəcək”. (APA)